Yayda “Çelsi”dən ayrılacaq Tiaqo Silva özünə yeni klub tapıb.
İdman.biz xəbər verir ki, “sambaçı” yetirməsi olduğu “Fluminense”yə qayıdacaq.
O, Braziliya təmsilçisinə azad agent kimi yollanacaq. 39 yaşlı futbolçu 2006-2009-cu illərdən Rio-de-Janeyro klubunun şərəfini qoruyub.
Qeyd edək ki, 4 ildən sonra “Çelsi”dən ayrılacağını bildirən Tiaqo Silvanın xidmətində İngiltərə Premyer Liqası və Səudiyə Ərəbistanı klubları maraqlı idi.
İdman.biz