Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev məlumat verib.
“Prezidentimiz mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır”, - o qeyd edib.
Diplomat bildirib ki, Qazaxıstan 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.
“Müvafiq olaraq, bu formatlar çərçivəsində liderlərimiz arasında da görüşlər olacaq”, - D. Abayev əlavə edib.
Qeyd edək ki, mayın 8-də Moskvada Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammiti keçiriləcək.