“Vaşinqton tərəfindən Ukraynaya onmilyardlarla dollarlıq hərbi yardım ABŞ-yə qoyulmuş investisiya kimi qalacaq”.
Bu sözləri ABŞ-nin dövlət katibi Antoni Blinken Makkeyn İnstitutunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu vəsaitlər əsasən ABŞ-də yaxşı iş yerlərinin təminatı olacaq.
“İnvestisiya qoyduğumuz yeni pullar, demək olar ki, hamısı ABŞ-də qalır: bizim sənaye bazamızda, ABŞ-də yaxşı iş yerlərinin yaranmasına imkan verəcək, lakin bu yolla biz həm də Ukraynaya kömək edə bilərik”, - deyə Blinken bildirib.
Mənbə: NEWS.ru