Maraqlıdı ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Misli premyer-liqası klublarının nümayəndələri iştirak etdiyi toplantı ilə bağlı xəbər qurumun saytında həmin gün yox, bir gün sonra yer alıb.
İclasda klubların 2024/25 mövsümü ilə bağlı təklifləri müzakirə olunub. Söhbət yeni mövsümün formatından, legioner limitindən, dövlət tərəfindən futbolun inkişafı ilə bağlı klublara ayrılan vəsaitin meyarlarından gedir. Eləcə də premyer-liqanın cari mövsümündə hakim idarəçiliyi ətrafında fikir mübadiləsi aparılıb.
Yaxşı, bəs klubların hansı ideyaları var? Bu məqamı dəqiqləşdirmək üçün bəzi klubların mətbuat xidmətinə sorğu göndərdik.
Anar Hacıyev (Qarabağ):
“Müzakirələrdə iştirak etsək belə, hər hansı təklif irəli sürülməyib. İclas müzakirələr şəraitində baş tutub”.
Azad Mustafayev (Kəpəz) :
“Müzakirə qapalı olub”.
Qalan klublar da hansısa təklifin irəli sürülmədiyini, müzakirələr zamanı mövqe bildirdiklərini dedilər.