AZ

Premyer Liqa komandasında istefa səsləri: Bu adamı göndərin, onu qaytarın - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

«Səbail»in uğursuz mövsüm keçirməsi azarkeşlərini hövsələdən çıxarıb.

Fanatlar hiddətlərini artıq gizlətmirlər.

Klubun sosial şəbəkə hesablarında bununla bağlı çoxsaylı rəylərə rast gəlmək mümkündür.

Bayıldan olan fanatlar Şahin Diniyevin istefasını tələb edirlər. Onlar hazırkı baş məşqçinin görəvdən alınmasını, Aftandil Hacıyevin geri qaytarılmasını istəyirlər.

Səhifələrə nəzarət edən mətbuat xidmətinin əməkdaşları bu şərhləri silməyib. Rəylər günlərdir orada qalmaqdadır.

Bunu necə başa düşək? Yazılan postlarla onların da razılaşması kimi. Premyer

Əgər Diniyevin əleyhinə qeyd olunan şərhləri ictimaiyyətdən gizlətmirlərsə, deməli, baş məşqçinin fəaliyyəti rəhbərliyi qane etmir, sadəcə, nəyisə gözləyirlər. Ola bilsin, mövsümün bitməsini.

Aftandil Hacıyevin adının şərhlərdə hallandırılması tam təbiidir. «Pro» kateqoriyalı mütəxəssis «Səbail»ə tarixinin ən böyük uğurunu qazandırıb.

«Dənizçilər» onun başçılığı ilə Premyer Liqanın bürünc medallarını qazanıb, ilk dəfə avrokuboklarda iştirak edib. Bayıl təmsilçisi Avropa Liqasında güclü «Krayoya»ya əməlli-başlı müqavimət göstərib.

«Səbail» illərdir həmin çağın xiffətini çəkir. Klub rəhbərliyi 10 milyon manat civarında büdcə ayırıb, Şahin Diniyev yenə etimadı doğrultmur.

«Xəzər Dəniz Gəmiçiliyi»nin İdarə Heyətinin sədri Rauf Vəliyev 2016-ci ildə yaradılmış «Səbail»ə heç vaxt bu qədər büdcə ayırmayıb. Hazırkı çalışdırıcı yağ içində böyrək kimi üzsə də, müsbət nəticələri ilə ona etibar göstərmiş şəxslərin üzünü güldürməkdə acizdir.

«Səbail» ötən mövsüm Premyer Liqada yerini yalnız son turda təmin edə bildi. «Şamaxı»ya Bayılda 1:0 hesabıyla qalib gələrək.

Cari «futbol ili»nin 32 həftəsi isə «dənizçilər»i hədəflərindən uzaq salıb. 42 xala malik komanda turnir cədvəlinin 6-cı pilləsində məskunlaşıb.

Kubokda mübarizəni erkən dayandırmış qəsəbə təmsilçisinin Premyer Liqa yolu ilə qitə arenasına vəsiqə qazanmaq şansı kifayət qədər azalmış görünür.

Bu yandan da Kərim Diniyevin yaratdığı qalmaqalın kollektivdaxili münasibətlərə mənfi təsiri…

Futbol ictimaiyyətinə yaxşı məlum olan hadisə Şahin Diniyevin imicinə balta çalıb. Özünə köməkçi götürdüyü oğlunun hərəkəti onu çox adamın gözündən salıb.

SPORTİNFO.AZ

Seçilən
88
1

1Mənbələr

Şərh ()
Bağla