AZ

Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Türkiyə

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Vaşinqtonda ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bundan əlavə, tərəflər Türkiyənin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlı prioritetləri, Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi, Qəzzada baş verənlər, Rusiya-Ukrayna müharibəsi kimi mövzular ətrafında da fikir mübadiləsi aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5

6Mənbələr

Şərh ()
Bağla