AZ

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə və Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqləri keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, məşqlərin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Tədbirlərin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Praktiki hissədə isə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

FHN-in FHN-in FHN-in FHN-in FHN-in FHN-in FHN-in
Seçilən
128
24
1

1Mənbələr

Şərh ()
Bağla