AZ

Klublarımız çempionat oyunlarını ölkə xaricində keçirəcək?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

FIFA futbolda inqilabi dəyişiklik etməyə hazırlaşır.

Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu milli çempionatlarda bəzi oyunların ölkə xaricində keçirilməsinə icazə verən qərar qəbul etmək istəyir.

Mümkün yeniliyə əsasən, klublar prinsipial matçları qarşılıqlı razılıq əsasında başqa ölkələrdə oynaya biləcəklər.

Qeyd edək ki, bu yaxınlarda İspaniya La Liqasının bəzi oyunlarının ABŞ-da keçirilə biləcəyi ilə bağlı iddialar səsləndirilib.

Gələcəkdə bu praktikadan Azərbaycan Premyer Liqasının iştirakçıları da istifadə edə bilərlər. Təbii ki, bunun üçün ölkə çempionatının səviyyəsi qalxmalı və oyunlara böyük maraq olmalıdır.

Seçilən
66
1

1Mənbələr

Şərh ()
Bağla