AZ

Zurabişvili: “Vəziyyət ruscadır”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Gürcü arzusu” hökuməti xarici agentlər haqqında qanunu qəbul etməklə Moskvanı razı salmağa çalışır.

Yenisabah.az DW-yə istinadla xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

O qeyd edib: “Niyə bunu etdikləri siyasi baxımdan tamamilə anlaşılmazdır. Əvvəllər hakimiyyəti saxlamağa çalışdıqlarını söyləmək artıq mümkün deyildi, bu gün bunu Moskvanı razı salmaq istəyi və Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd olması ilə barışa bilməməkdən başqa heç nə ilə izah etmək olmaz”.

Zurabişvilinin sözlərinə görə, “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin bəyanatından sonra bu qanunun məzmunca "rusca olduğu" tamamilə aydın olub.

Gürcüstan prezidenti hesab edir ki, hazırkı vəziyyət çox narahatedicidir və kompromis həll yolu yoxdur.


Telegram kanalımız
Seçilən
79
1

1Mənbələr

Şərh ()
Bağla