AZ

Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mayın 3-də axşam saatlarında Fransanın iqtisadiyyat naziri Bruno Le Maire şəxsi avtomobili ilə Parisin 6-cı dairəsində Bonapart küçəsində velosipedçini vurub.

APA "Le Figaro"ya istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, velosipedçi toqquşmadan əvvəl qırmızı işıqda keçib.

Velosipedçi nisbi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis mənbələrinə görə, vurulan şəxs kəllə-beyin travması keçirə bilər.
Nazir isə alkoqol testindən keçib. "Belə bir hadisə ilə bağlı hər bir vətəndaş kimi o, polis əməkdaşlarının suallarını cavablandırıb və yerindəcə alkoqol testi verib. Narkotik testindən də keçib və hər iki test mənfi olub", - deyə mənbə AFP-yə bildirib.

Seçilən
58
5
1

1Mənbələr

Şərh ()
Bağla