AZ

Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakıda bəzi ərazilərdə zibil qutuları yolun hərəkət hissəsinə quraşdırılıb.
 
Nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də metrostansiyaların yaxın ətrafında qurulan zibil qutuları onsuz da geniş olmayan ikizolaqlı yollarda günün müxtəlif saatlarında tıxac yaranmasına səbəb olur.
 
Sakinlər deyir ki, küləkli hava şəraitində zibil qutuları aşaraq ciddi təhlükəyə səbəb olur. Bəs görəsən bununla bağlı hər hansı tədbir görülməsi planlaşdırılırmı?
Mövzu ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən Moderator.az-a verilən məlumatda deyilir ki, zibil qutuları maksimum dərəcədə müxtəlif ərazilərdə, binaların həyətlərində yaradılan ciblərdə yerləşdirilir:
 
“Elə ərazilər var ki, orada zibil yeşikləri yerləşdirmək qeyri-mümkündür. Belə vəziyyət isə çox az hallarda, az yerlərdə var. Onların da məsələsinə bu formada yanaşırıq ki,gələcəkdə bunu həll edək. Bu məsələ hər gün gündəmdədir və hər gün bu məsələnin həlli üçün yeni yollar axtarılır”.
Seçilən
41
1

1Mənbələr

Şərh ()
Bağla