AZ

“Qızıl əlcək” sahibini tapıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İngiltərə Premyer Liqasında “Qızıl əlcək” mükafatının sahibi bəlli olub.

İdman.biz xəbər verir ki, mükafatı “Arsenal”ın ispaniyalı qapıçısı David Rayya qazanıb.

O, mövsüm ərzində ən çox quru oyun keçirən qolkiper olub. Hazırda aktivində 14 belə matç olan Rayya digərləri üçün əlçatmazdır. Buna “Everton”un qapıçısı Cordan Pikfordun “Luton”la görüşdə qol buraxması səbəb olub.

Qeyd edək ki, “Everton” bu matçda bir xalla kifayətlənib – 1:1.

İdman.biz

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla