AZ

Xolesistitin yaranmasının qarşısını almaq üçün tədricən arıqlamaq vacibdir 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Öd kisəsinin iltihabına xolesistit deyilir.
 
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının həkimi ümumi cərrah Cəmşid Kərimov Aztibb.az-a bildirib ki, uzun illər davam edən öd durğunluğu öd daşlarının əmələ gəlməsinə səbəb olur. Öd kisəsindən ödün onikibarmaq bağırsağa axıb tökülməsini təmin edən kanalı bəzən öd daşları bağlayır ki, bu da xolesistitə səbəb ola bilər.
 
Onun sözlərinə görə, xolesistitin meydana gəlməsinin qarşısını almaq üçün tədricən arıqlamaq vacibdir, çünki sürətli çəki itirmək öd kisəsində daş əmələ gəlmə riskini artıra bilər. İdeal və sağlam çəkini qorumaq şərtdir. Artıq çəki öd daşı əmələ gəlmə riskini artırır. Sağlam çəkiyə çatmaq üçün alınan kalorinin miqdarını azaltmaq və fiziki fəaliyyətləri artırmaq lazımdır.
 
Cəmşid Kərimov qeyd edib ki, öd kisəsi iltihabının(xolesistit) uzun müddət davam etməsi və ya iltihab nəticəsində təkrarlanan simptomların yaranması onun xroniki xolesistitə çevrilməsinə gətirib çıxarır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkimə düzgün məlumat vermək vacibdir.
Seçilən
88
Mənbələr
Şərh ()
Bağla