AZ

Orxan Lökbatanlı: "Bir də Rəşad Dağlı azadlığa çıxanda meyxana deyəcəm" – VİDEO 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə meyxana demirəm". 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı qonaq olduğu "Həmin Zaur" verilişində deyib. 

Söz xiridarı artıq meyxana söyləməyəcəyini vurğulayıb. Proqramın aparıcısı Zaur Kamalın "10 min versəm, meyxana deməyəcəksən?" sualına Orxan "Yox, bitdi" cavabını verib. 

O daha sonra "Söz verirəm, Rəşad Dağlı azadlığa çıxanda meyxana deyəcəm" fikrini əlavə edib. 
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 


Rəşad Əliyev, Bizim.Media
Seçilən
28
20
Mənbələr
Şərh ()
Bağla