AZ

Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyini göstərməlidir. Maraqlıdır, bu qaydalar daşınmaz əmlak bazarına necə təsir edib?

Məntiqsiz qiymət artımı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bazarla bağlı istənilən dəyişiklik təsirsiz ötüşmür. Sədrin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarından təklif olunan qiymətlər çox yüksəkdir və bu, hər ay artan templə davam edir: “Hazırda bazarda alqı-satqı faktları o qədər də çox deyil. Buna baxmayaraq, öz əmlakını satmaq istəyən vətəndaşlar mövcud iqtisadi durumu, əmlak qiymətlərində baş verə biləcək dəyişiklikləri nəzərə alaraq, əmlaklarını yüksək qiymətlərlə təklif etməkdən çəkinmirlər. Məlumdur ki, qiymət artımı hər hansı iqtisadi prosesin nəticəsi olur. Lakin son vaxtlar bu sahədə xaotiklik müşahidə edilir. Məsələn, bazarın müəyyən bir hissəsində qiymətlər çox yüksək həddədir, digər rayonda qiymət stabilliyi var. Eyni zamanda, bəzi qiymət artımlarını da məntiqi baxımdan izah etməkdə çətinlik çəkirik”.

Digər mənzil sahibləri də qiymətə baxır və...

Mütəxəssis vurğulayır ki, mənzil bazarında “tilov effekti” hökm sürür: “Bazarda mövcud qiymətlərdən uzaq təkliflərə də rast gəlirik. Yəni bəzi mənzil sahibləri əmlakçıların vədlərinə inanaraq öz əmlaklarını daha yüksək, real olmayan qiymətə təklif edilər. Digər təklif edənlər də qiymətə baxır, düşünür ki, mən niyə ucuz qiymətə satmalıyam. Bu tendensiya belə davam edir. Mən buna “tilov” effekti deyirəm. Yəni bir şəxs bazar üçün əsas yaradır və qiymətlər süni şəkildə qalxır. Təbii ki, bahalaşmanın tək səbəbi bunlar deyil. Amma “tilov effekti” də xüsusi rol oynayır”.

Gəlirləri açıqlamaqdan niyə qorxmalıyıq?

Vətəndaşların ev alarkən gəlirlərini bəyan etmək məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu, ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir və tətbiqi də vacibdir: “Bu, hər bir Azərbaycan vətəndaşı və dövlət üçün çox önəmlidir. Ölkədə əmlak alqı-satqısı üzərindən müxtəlif layihələr gerçəkləşdirilə bilər ki, bu, ölkənin milli maraqlarına uyğun deyil. Təbii ki, ölkənin təhlükəsizliyi üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Bu, həm də sivil dünyanın tələbidir. Hər bir vətəndaş öz gəlir mənbələrini istənilən vaxt açıqlamağa hazır olmalıdır. İnsanlar qazandıqları gəlirləri açıqlamaqdan niyə qorxmalıdırlar?”

Seçilən
52
9
1

1Mənbələr

Şərh ()
Bağla