AZ

Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ

ABŞ-dakı səfirliyimiz Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

 

Sfera.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

 

Qeyd olunub ki, mayın 8-də səfirlik ABŞ-nin Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil edəcək: “Müraciət etmək üçün consul@azembassy.us ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”.

Seçilən
201
11
sfera.az

10Mənbələr