AZ

Kvaratsxeliya qərarını verdi: Gedir, ya qalır?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

"Napoli"nin cinah oyunçusu Xviça Kvaratsxeliya klubdakı gələcəyi ilə bağlı qərarını verib.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu yay komandadan ayrılmayacaq. O, "Napoli"də qalmaq istəyir.

Daha əvvəl "Napoli"nin Gürcüstan millisinin üzvünə yeni müqavilə təklif etdiyi bildirilirdi. Futbolçu ilə İspaniya nəhəngi "Barselona" da yaxından maraqlanır. 

Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən "Napoli"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Bu mövsüm 23 yaşlı Kvaratsxeliya neapolluların bütün turnirlərdə keçirdiyi 42 matçda iştirak edib, 10 qol vurub, 9 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Seçilən
57
23
1

1Mənbələr

Şərh ()
Bağla