AZ

Nature Mental Health: Yaşıl sahənin yaxınlığında yaşamaq depressiya və narahatlıq riskini azaldır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çin alimləri hesab edirlər ki, parkların yaxınlığında yaşamaq depressiya riskini azaldır.

 

Aztibb.az “Nature Mental Health” jurnalına istinadən xəbər verir ki, Çinin Huazhong Elm və Texnologiya Universitetinin tədqiqatçıları parkların yaxınlığında uzunmüddətli yaşayışın depressiya və narahatlıq ilə mümkün əlaqəsini araşdırıblar.

 

Yaohua Tian və həmkarları bu mövzuda mövcud araşdırmaları nəzərdən keçiriblər və ziddiyyətli nəticələrə gəldiklərini aşkar ediblər.

 

Tədqiqatlarının bir hissəsi olaraq, onlar Böyük Britaniyanın Biobank məlumat bazasında saxlanılan 409556 nəfərdən toplanmış məlumatlara baxıblar.

 

Tədqiqatın nəticələri yaşıl sahənin yaxınlığında uzun müddətli yaşamaq ilə depressiya və narahatlıq halları arasında əlaqə olduğunu göstərib.

 

Xüsusilə alimlər hesab edirlər ki, parkların yaxınlığında yaşamaq depressiya və narahatlıq riskini azaldır.

 

Seçilən
74
1

1Mənbələr

Şərh ()
Bağla