AZ

Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Cəbrayıl. Trend:

Azərbnaycanın əraziləri minalardan necə təmizləməsinə, hansıtaktikalardan istifadə etməsinə baxdıq, eyni zamanda, avadanlıqlarıgördük və hesab edirəm ki, Azərbaycan bu işi yüksək səviyyədəhəyata keçirir.

Bunu Trend-ə açıqlamasında Norveçin beynəlxalq səyahətçilərdənibarət “Vagaclub”un üzvü Ole Jorgen Vastveit deyib.

O bildirib ki, minaların daha tez və asan təmizlənməsi üçün ilknövbədə xəritələr olmalıdır.

“Xəritələr olmalıdır ki, minaların harada basdırldığı bilinsin.Bu, həyatları xilas edə və minaların daha asan təmizlənməsinə imkanverə bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət“Vagaclub”unun 30 nəfərlik geniş heyətinin mayın 2-dən Qarabağ vəŞərqi Zəngəzura səfər edib. Qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlınorveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfəheyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki,hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu iləFüzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xəttiüzrə hərəkət edib.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilərşəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, buklubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin GəzginlərKlubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzurasəfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalqsəyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaqimkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insanQarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıbş

Seçilən
257
17
Mənbələr
Şərh ()
Bağla