Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb.
Araşdırma aparılır.
Telegram kanalımız