AZ

Çindən Ayın qaranlıq tərəfinə səyahət

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kosmosda kəşfiyyat işlərini davam etdirən Çin Ayın qaranlıq tərəfindən nümunələr toplamaq üçün kosmosa "Chang'e-6" kosmik gəmisini göndərib.

Publika.az xəbər verir ki, "Chang'e-6" kosmik gəmisi "Long March-5" raketi ilə Haynan əyalətindəki "Venchanq" Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib.

Ümumilikdə 53 gün davam edəcək missiya çərçivəsində kosmik gəminin Ayın naməlum qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanaraq tarixdə ilk dəfə olaraq yerə qaytarılması planlaşdırılır. Kosmik gəminin Aya endikdən sonra 2 gün ərzində 2 kiloqram nümunə toplayacağı gözlənilir.

"Chang'e-6" vasitəsi ilə toplanan nümunələrin elm adamlarına Ayın və Günəş sisteminin təkamülünü yenidən araşdırmaqda kömək edəcəyi və Çinin Ay hədəflərini irəlilətmək üçün vacib məlumatlar təmin edəcəyi düşünülür.

2019-cu ildə Çin "Chang'e-4" missiyası çərçivəsində Ayın qaranlıq tərəfinə enən ilk və yeganə ölkə olub.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla