AZ

"Tramp Ukrayna ilə bağlı plan hazırlayır" - "Daily Telegraph"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair müfəssəl plan hazırlayıb, lakin onu seçkiyə qədər açıqlamayacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Daily Telegraph" yazıb.

 

Aprelin sonunda Tramp “Time” qəzetinə müsahibəsində deyib ki, əgər Avropa işə qarışmasa, seçiləcəyi təqdirdə Ukraynaya yardım etməyəcək.

 

Rusiya isə Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı müxtəlif səviyyələrdə dəfələrlə öz mövqeyini bildirib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd etmişdi ki, Moskva böhranın diplomatik yolla nizamlanmasına həmişə açıq olub və o, həqiqətən ciddi təkliflərə cavab verməyə hazırdır.

 

Firuzə Əliyeva

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla