AZ

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə çağırış etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədarəhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, Milli HidrometeorologiyaXidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisindəgüclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli intensiv vəgüclü yağış yağacağı, çaylarda sululuğun kəskin artacağı, bəziçaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağıgözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiqtəhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqətitikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrikdirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyəolunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsizamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyiqaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın vəseldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrikcihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Seçilən
42
49
Mənbələr
Şərh ()
Bağla