AZ

“Azərbaycan ordusu atəş açmayıb” - Ermənistan Müdafiə Nazirliyi təkzib edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılşamanı Ermənistanda vəziyyəti qarışdırmaq üçün istifadə etməyə çalışan millətçi və rusiyapərəst müxalif qüvvələr yeni təxribatlara əl atırlar. Belə ki, son günlər guya Azərbaycan ordusunun sözügedən kəndlər istiqamətində erməni mövqelərinə atəş açdığı barədə dezinformasiyalar yayılır.

“AzPolitika” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi həmin məlumatları təkzib edən açıqalma ilə çıxış edib: “Bəzi mənşəyi məlum olmayan sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin Tavuş istiqamətində Ermənistan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması barədə məlumat yayıblar. Yayılan məlumatlar yalan və həqiqətə uyğun deyil”.

Ermənistan Müdafiə Nazirliyi erməni ictimaiyyətini yalnız nazirliyin rəsmi məlumatlarına inanmağa çağırıb.

“AzPolitika.info”

Seçilən
63
50
1

1Mənbələr

Şərh ()
Bağla