AZ

Hərbi İdarəetmə İnstitutunda növbəti təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat – Taktiki fakültənin “Tabor (divizion) komandiri” səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Əsgərli kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Dinləyicilər isə öz növbələrində kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Seçilən
253
3
1

1Mənbələr

Şərh ()
Bağla