AZ

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində (FOTO)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlırəssam Cahid Camala həsr olunub.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albomCahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsiniaçıqlayır.

Mayın 3-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digərincəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatıkeçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu,Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətindəxüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti”layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindəndanışıblar.

Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdamrayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evivardı. Pasport alarkən, valideynlərinin razılığı ilə Cahid özünəbabasının adını – Camal soyadını götürür.

Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsiSarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan PənahƏli xana qədər uzanır.

Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasındacoğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhərmədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb.Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti,musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələrirəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli,parlaq boyalara və ornamentlərə sevgisində əks olunub.

Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, MoskvaRəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, MonqolustanRəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub.Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı),Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-TarixiMuzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq),Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalardasaxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk,Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib.

Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zənginmədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan iləeyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinciyarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinəyazılıb.

Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasınahəsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşretdirilib.

Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib,getdikcə maraq və istəyi daha da güclənib, buna baxmayaraq, uşağınrəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub. Lakin onunanası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinəinanır, hətta onun uşaqkən çəkdiyi rəsmləri toplayırmış.

1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirənkimi, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədiiİnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrədekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Alitəhsilini başa çatdırandan sonra Camal Bolşoy Teatra stajçı-rəssamkimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkartəcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskininadını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.

1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera vəBalet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiyaeskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakıElektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”,“İolanta” tamaşaları üzərində çalışır.

1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycanpavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.

Cahid Camal kitab qrafikası sahəsində də özünü əlaillüstrator-rəssam kimi göstərməyə nail olub. O, Bakıdakı“Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”, “Proqress” vəs.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956),“Molla Nəsrəddinin lətifələri” (1959), C.İkraminin “Od qızı”(1965), X.Qoytisolonun “Elə həmin sözlər” (1967), Namdağın“Həyəcanlı illər” (1969) kitablarının bədii tərtibatı məhz onaməxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar birneçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi dəçalışıb.

Cahid Camal yaradıcılığının böyük və ən parlaq hissəsiMonqolustanla bağlıdır və o, bu ölkəyə həsr olunmuş 850 əsərişləyib. Xalqın mədəni irsinin dərinliyini anlamağa can atan rəssam“Monqolların gizli rəvayətləri”ni həvəslə oxuyur, tarixi mənbələriaraşdırırdı. Cahid Camal Monqolustanın dağlarına, səhralarınasəyahət edir, kəndlərə, ucqar qoyun yataqlarına baş çəkirdi.

“Monqol süitası” silsiləsində rəssam XX əsr Monqolustanınınfərqliliyindən söz açır, həm qədim, ənənəvi, köçəri həyatı, həm dəyeni, çoxmərtəbəli binaların inşa edildiyi şəhərləri təsvir edir,maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasirtexnikaya, sürətli maşınlara dəyişdiyindən bəhs edir.

Cahid Camalın Monqolustanla tanışlığı 1962-ci ilə təsadüf edir –bu, rəssamın bioqrafiyasında gələcək tədqiqatları üçün birbaşlanğıc nöqtəsi idi. Sonralar onun daha bir silsiləsi yarandı –“Monqolustan. Qobi” (1970).

Monqolustana aid əsərlərə Moskvada çox maraq göstərirdilər,onlar vaxtaşırı “Komsomolskaya pravda” və “İzvestiya” qəzetlərində,“Oqonyok”, “Moskva”, “İnostrannaya literatura” və başqa jurnallardadərc edilirdi.

Cahid Camal 2011-ci il iyunun 17-də Moskvada vəfat edib.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cuildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəniirsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinindünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşrolunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur.Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri vəkitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xariciölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərənsəfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə,kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədəkXalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, SəttarBəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamıLətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, MahmudTağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev,Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov,şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilərtəşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri MəmmədAraz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmazMikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmlialim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman vərus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Cahid
Cahid
Cahid
Cahid
Cahid
Cahid
Seçilən
98
27
1

1Mənbələr

Şərh ()
Bağla