Rusiya qamış və ya çuğundur şəkərinin, habelə kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.
Bu barədə Rusiya hökumətinin "Telegram" kanalında məlumat yayılıb.
Məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Bu qərarın daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığı vurğulanır.
Rusiya hökumətinin fikrincə, Aİİ ölkələrinə müəyyən həcmdə şəkər tədarükü mümkün olacaq. O cümlədən, Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton şəkər tədarük ediləcək.
Bu həcmlərin xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürülməsi Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.
"Cebhe.info"