AZ

Rusiya Ermənistana qənd ixracını məhdudlaşdırdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya qamış və ya çuğundur şəkərinin, habelə kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin "Telegram" kanalında məlumat yayılıb.

Məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Bu qərarın daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıdığı vurğulanır.

Rusiya hökumətinin fikrincə, Aİİ ölkələrinə müəyyən həcmdə şəkər tədarükü mümkün olacaq. O cümlədən, Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton şəkər tədarük ediləcək.

Bu həcmlərin xarici ticarət fəaliyyətinin iştirakçıları arasında bölüşdürülməsi Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.


Telegram kanalımız
Seçilən
26
1
1

1Mənbələr

Şərh ()
Bağla