AZ

Premyer Liqanı tərk edirlər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqası komandalarından olan "Luton Taun"un gələn mövsüm Çempionşipdə mübarizə aparacağı dəqiqləşib.

QOL.az xəbər verir ki, "Luton Taun" ötən gecə Premyer Liqanın 36-cı turunda "Everton"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

İngiltərə çempionatının 36 turundan sonra "Luton Taun" 26 xal toplayıb və 18-ci yerdədir. Premyer Liqada qalmaq hüququ verən 17-ci pillədə 26 xalla "Nottingem Forest" qərarlaşır. Bu komanda əlavə göstəricilərdə "Luton Taun"u qabaqlayır. Üstəlik, "Nottingem Forest" 1 oyun az keçirib. 

Beləliklə, "Luton Taun" cari mövsümün sonunadək heç bir halda 17-ci pilləyə yüksələ bilməyəcək və buna görə də növbəti mövsüm Çempionşipdə mübarizə aparacaq.

Seçilən
66
66
Mənbələr
Şərh ()
Bağla