Bakı. Trend:
Bakıda 74 yaşlı kişini maşın vuraraq öldürüb.
Trend xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyevküçəsində qeydə alınıb.
Belə ki, Famil Məmmədov idarə etdiyi "Toyota Prado" markalıavtomobillə 1950-ci il təvəllüdlü Həsənağa Bayramovu vurub.
Piyada təcili yardım avtomobilində aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.