AZ

Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl Belqorod sakini Aleksandr Demidenko məktəb dərslikləri satırdı. Müharibə başlayandan sonra o, ukraynalı qaçqınlara kömək etməyə başladı: bəzilərini evində pulsuz yerləşdirdi, Ukraynaya qayıtmaq istəyənlər üçün isə iki ölkə arasındakı yeganə işləyən nəzarət-buraxılış məntəqəsi olan Kolotilovka keçid məntəqəsini keçməyə kömək edirdi. Həmin məntəqəni keçmək üçün xəstəlikləri olan bir çox qocanın köməyə ehtiyacı var idi”. 
Moderator.az xəbər verir ki, bunu Rusiyanın müxalif  “Meduza” nəşri yazır.
 
“2023-cü ilin payızında Demidenko şərlənərək “qanunsuz silah alveri” ittihamı ilə həbs edilib və istintaq təcridxanasına göndərilib. Aprelin əvvəlində bu könüllü öz kamerasında ölü tapılıb, biləkləri kəsilmiş olub”-  rus nəşri belə yazır. 
 
“Meduza” Aleksandr Demidenkonun oğlu Oleqlə atasının niyə müharibədən qaçan ukraynalılara kömək etmək qərarına gəldiyini danışıb. Müsahibənin orijinalını bu linkdə oxuya bilərsiniz:
 
S.Laçın 
 
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla