AZ

Evren Alkaya: “Hər şey bitdi, deməmişdik”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Pley-off-un ilk oyununu çox pis uduzmuşduq. Heç istədiyimiz kimi müdafiə olunmamışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin 2-ci oyununda “Xəzri”yə 71:64 hesabı ilə qalib gələn mütəxəssis bildirib ki, ilk görüşdəki məğlubiyətdən nəticə çıxarıblar: “Hər şey bitdi, deməmişdik və çalışmağa davam etdik. Müdafiədəki problemlərimizi gördük. Bunu müzakirə etdik. Cavab görüşündə müdafiədə yaxşı oynamaq üçün meydana çıxdıq və bunu bacardıq. Rəqib cəmi 64 xal qazandı. “Xəzri” çox güclü hücuma malikdir. Oyunçularımı da buna görə təbrik edirəm, qarşılaşma boyu geri addım atmadılar. Pley-off matçlarında komandalar müdafiəyə önəm verir və buna görə hesablar elə böyük olmur. Biz də güclü müdafiəyə qarşı daha ciddi hazırlaşırıq, növbəti oyunda da bunu edəcəyik. “Dördlər finalı”na qalmaq istəyirik”.

Qeyd edək ki, komandalar hərəyə 1 qələbə qazandığından seriyanın 3-cü matçı mayın 5-də keçiriləcək.

İdman.biz

Seçilən
38
1

1Mənbələr

Şərh ()
Bağla