AZ

“Yeni Tərtər” qəzetində yubiley görüşü

Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidenti Umud Mirzəyev ispaniyalı fotomüxbir Qervasio Sançez Fernandezlə bugünlərdə 90 yaşı tamam olan “Yeni Tərtər” qəzeti redaksiyasının qonağı olublar.

Uzun illərdən bəri ANAMA ilə Tərtərdə müxtəlif layihələr gerçəkləşdirən BAMF-ın rəhbəri rayonda çıxan “Yeni Tərtər” qəzeti ilə sıx əməkdaşlığın mina maarifləndirməsində önəmli rol oynadığını söylədi. Umud Mirzəyev ərazidə mina təhlükəsizliyinə verdiyi informasiya dəstəyinə görə redaksiya kollektivini Azərbaycan Mətbuat Şurası adından təbrik edərək, yubilyar nəşrə BAMF-ın diplomunu təqdim etdi. O, yarım əsrdən artıq bu qəzetdə çalışan baş redaktor Svetlana Bağırovanın bölgə mediasının tanınmış, cəfakeş qələm sahiblərindən olduğunu söylədi.

İspaniyalı fotomüxbir Sançez Fernandez də “Yeni Tərtər” qəzetini yubiley münasibətilə təbrik edərək bildirdi ki, o özü də yerli qəzetdə çalışıb. Qonaq qeyd etdi ki, Qarabağ həqiqətləri, Azərbaycanın mina problemi ilə bağlı kitab hazırlayır. Qarabağa səfəri zamanı BAMF və ANAMA ilə yanaşı, “Yeni Tərtər” qəzetinin də bu köməyindən faydalanacaq.

Baş redaktor Svetlana Bağırova bölgə mediasının çətinliklərlə üzləşdiyinə baxmayaraq yerli qəzetin yaşadılmasına çalışdıqlarını bildirdi, Mətbuat Şurasının və Avrasiya Fondunun dəstəyini razılıqla xatırladı.

T.RÜSTƏMLİ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23882
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13277
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10708
Helikopter qəzası ilə bağlı yeni xəbər
6159
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5711
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5541
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4623
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4554
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3893
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3724
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3570
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3484
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2887
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2767
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2540