AZ

Viaqra effekti verən qidalar – SİYAHI

Cinsi performansı artırmaq bütün dövrlərdə maraq dairəsində olan mövzulardan biri olub.

Publika.az xəbər verir ki, həkimlər bunun üçün “Viagra” kimi dərman vasitələrindən istifadə etməzdən əvvəl təbiətin bəxş etdiyi şəfalı, afrodizyak qidalardan dəstək almağı məsləhət görürlər.

Qədim dövrlərdən bəri afrodizyak təsiri olan qidalar insanların diqqətini çəkir.

Afrodizyak və ya “sevgi dərmanı” istehlak edildikdə libidonu artıran qidadır. Afrodizyaklar cinsi problemləri həll edən, əsasən də erektil disfunksiyanı aradan qaldıran maddələrdən fərqlənir.

Bu ad Yunan mifologiyasındakı sevgi və gözəllik ilahəsi Afroditadan gəlir. Afrodizyak daha çox cinsi performansı yaxşılaşdırmaq üçün nəzərdə tutulur.

Kimyəvi əlavələrin əks təsirlərinə məruz qalmaq istəməyənlər təsirli təbii otlara, qidalara və ya içkilərə müraciət edirlər.

İstehlak edildikdə Viaqra effekti verən 7 qidanı təqdim edirik:

Avokado: tərkibində yüksək miqdarda kalium və C vitamini olan avokado “sevgi meyvələri” arasında birinci yerdədir. Tərkibindəki kaliumla afrodizyak təsir göstərən bu meyvə cinsi istəyi artırır. Mütəxəssislər avokadonun süfrələrdən əskik etməməyi tövsiyə edirlər. Onu tək başına, eləcə də salatlara və ya omletə qataraq istehlak etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
4
Mənbələr
Şərh ()
Bağla