Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib/
Sportinfo.az xəbər verir ki, “Borussiya” (Dortmund) doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkib.
“Siqnal İduna Park”da keçirilən matçın taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbəyə seviniblər.
Cütün taleyinə mayın 7-də Parisdə keçiriləcək cavab matçında aydınlıq gələcək.
Yarımfinalın digər ilk matçında Almaniya və İspaniya nəhəngləri – “Bayern” və “Real” heç-heçə oynayıblar – 2:2.
“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:0
Qol: Fullkruq, 36.