Türkiyə millisinin və "Real Madrid"in üzvü Arda Gülər komanda yoldaşlarının etikadan kənar hərəkətlərinə görə şikayətlənib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarının türk dilində təhqirlərdən istifadə etməsindən gileylənib.
“Nə zaman soyunub-geyinmə otağına daxil olsam türkçə təhqirlər eşidirəm. Hər kəs türk dilindəki təhqiredici ifadələri əzbərə bilir. Bu, məni bəzən çox əsəbiləşdirir”, - Gülər vurğulayıb.
Qeyd edək ki, Arda Gülər daha öncə komanda yoldaşları ilə birlikdə axşam yeməyində Türkiyəyə məxsus ənənəvi rəqsləri oynamışdı.