“Qəbələ”nin keçmiş baş məşqçisi Fatih Kavlak “Hatayspor”da işləyəcək.
İdman.biz xəbər verir ki, o, azərbaycanlı futbolçu Renat Dadaşovun çıxış etdiyi komanda idman direktoru vəzifəsini tutacaq.
Kavlak 2010/2011-ci illər mövsümündə “Qəbələ”nin baş məşqçisi Toni Adamsın köməkçisi təyin olub. Türkiyəli mütəxəssis Adamsın istefasından sonra 2011-ci ilin noyabrından Qəbələ klubuna rəhbərlik edib. O, 2012/2013 mövsümünün əvvəlində ilk 6 turundan sonra komanda ilə yollarını ayırıb.
Fatih Kavlak müxtəlif illərdə "Hatayspor"da baş məşqçi və idman direktoru vəzifələrində fəaliyyət göstərib.
Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlindən “Hatayspor”da çıxış edir.
İdman.biz