AZ

Qərbin əl buyruqçusu

Milli kimliyini itirən Əli Kərimli ABŞ-ı və Avropa İttifaqını Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır

Bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hətta ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir.

Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması bu antimilli ünsürün  sosial şəbəkələrdəki statuslarında da aydın görünür. O, yazır: «Rejim faktiki olaraq bizə deyir ki, onlar  korrupsiya, monopoliya, rüşvət yolu ilə ölkənin milyardlarını talasalar da, milyonlarla insanı işsizliyə, hüquqsuzluğa, yoxsulluğa düçar etsələr də, biz bu hakimiyyətə qarşı müxalifət olmamalıyıq. Bizə faktiki olaraq deyirlər ki, Azərbaycan ordusu minlərlə şəhid verərək torpaqlarımızı azad edib deyə, biz də bu ölkədə ədalətin ayaqlar altında tapdalanmasına, haqsızlığın, zorbalığın tüğyan etməsinə, səhiyyənin, təhsilin, məhkəmə sisteminin məhv edilməsinə, milyonlarla insanın sosial müdafiəsiz qalmasına razılaşmalı və rejimə qarşı  daha müxalifət olmalı deyilik.»

Əziz oxucular, diqqət yetirin görün bu adamın qarnının ağrısı nədir? Zəfərləri bizə yaşadan ordumuza, Müzəffər Ali Baş Komandana müxalif olmaq… Görünən odur ki, daxildə Əli Kərimli və dəstəsi, xaricdə isə ermənipərəst qüvvələr  böhtan və «qara piar» kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, onun Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək rəzilliyinə çevrilib. Qeyd edək ki, o, statusunda mövcud iqtidarı «rejim» adlandırmaqla açıq-aşkar ermənilərin saldıqları havaya oynayır. Məğlub və aciz haylar da bu gün dünyaya Əli Kərimli kimi böhtan püskürərək qanuni Azərbaycan hakimiyyətini «rejim» adlandırırlar. Bununla da ölkəmizin demokratik imicinə, qalib və qətiyyətli xarakterinə kölgə salmağa çalışırlar.

Əli Kərimli hətta  milli kimliyini o səviyyədə itirib ki, ABŞ-ı və Avropa İttifaqını Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırır. Çünki  İkinci Qarabağ  müharibəsindəki tarixi Qələbəmizi və Qarabağdakı separatçı- terrorçu xuntanın özünü buraxaraq mövcudluğuna son verməsini məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Əli Kərimli və ətrafı da eyni  səviyyədə  qəbul etmir. 

AXCP sədrinin son bir neçə ildəki statuslarını oxuyanda düşünürsən ki, bu adamın fəaliyyəti kodlaşdırılıb və missiyası yalnız Azərbaycan xalqının və dövlətinin ünvanına iftiralar yağdırmaqdan ibarətdir. Məsələn, bu antimilli ünsür statusunda yazır: «Aylar öncə deyirdik ki, nəyi, necə və nə vaxt etməyi tək onun bildiyini zənn edən, Azərbaycanın yeganə seçicisi İlham Əliyev parlament seçkilərini də yayın qızmar aylarında keçirdəcək. Bu gün Məzahir Pənahovun parlament seçkilərinin önə çəkilə biləcəyini anons etməsi bizim gümanımızda yanılmadığımızı göstərir…Əgər indiki vəziyyət olduğu kimi qalacaqsa, bu mühitdə heç bir seçkidən söhbət gedə bilməz.»

Diqqət edin, görün nə qədər saxta və avantürist fikirlərlə yaşayır. Haqlı sual yaranır: Əgər azad seçki istəyirdinizsə, nə üçün 2024-cü ilin fevralın 7- də növbədənkənar prezident seçkilərində iştirakdan imtina etdiniz? Əvəzində sizlər siyasi mübarizənin ən mükəmməl variantı olan seçkiləri  növbəti dəfə boykot etməklə cəmiyyətdəki sıfır nüfuzunuzu pərdələməklə məşğul oldunuz. Təbii ki, siyasi ekspertlərin də söylədiyi kimi, dağıdıcı müxalifət düşərgəsinin boykot qərarı öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanırdı.

Əli Kərimli statusunda qondarma «Milli şura»nın mayın 19-na təyin etdiyi mitinq barədə yazır ki, təyin etdiyimiz bu mitinq qarşıdan gələn parlament seçkilərinin heç olmasa qismən azad şəraitdə, rəqabət mühitində keçirilə bilməsi üçün bəlkə də son şansdır.

Radikal müxalifət düşərgəsindən sızan məlumatlara görə,  istər AXCP, istərsə də qondarma «Milli Şura»da mitinq əhval- ruhiyyəsində olanların sayı kifayət qədər azdır. Çünki mitinq ideyası sosial sifariş deyil, məhz Əli Kərimlinin istəyidir. Burada təbii ki, haqlı suallar yaranır: Bir halda ki, cəmiyyət, hətta cəbhəçilər belə mitinq istəmirlərsə, o zaman kimin sifarişini yerinə yetirirsən, Əli Kərimli? Axı, dəfələrlə deyilib ki, bu gün ölkəmizin geosiyasi nüfuzunun, iqtisadi və sosial inkişafının yüksəkliyi  küçə yürüşləri və mitinqlərin keçirilməsini lazım bilmir. Bəli, artıq şübhə yoxdur ki, mitinq keçirmək qərarı cəbhəçilərin deyil, təkcə Əli Kərimlinin istəyidir. Çünki o, bu sifarişi də Qərbdən alıb.  Yerinə yetirməsə qrant kanalı bağlana bilər

Bundan başqa, AXCP sədri sərbəst toplaşmaq azadlığından və onun məhdudlaşdırılmasından danışırsa bu  iddiasında da tam haqsızdır. Xatırladaq ki, AXCP ilə qondarma «Milli Şura» ötən illərdə təşkil etdikləri gülünc mitinqlərə heç 200-250 nəfər adam toplaya bilməmişdilər. Çünki ölkə vətəndaşları onlara güvənmirlər.

Elçin Zaman, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23119
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12636
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8571
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5551
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5435
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3945
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3605
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3526
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3295
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3175
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2953
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2698
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2554
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2465
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142