Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək komandaların iştirak ərizəsini genişləndirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Avro-2024-də komandalar üçün maksimum heyət sayı 23 oyunçudan ibarət ilkin kvotadan 26 oyunçuya qədər artırılıb.
Komandalar iyunun 7-dək 26 oyunçudan ibarət siyahı təqdim etməlidirlər.
Qeyd edək ki, Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun