Türkiyə Superliqasında 35-ci tura start verilib.
İdman.biz xəbər verir ki, “Beşiktaş” öz meydanında “Rizəspor”la qarşılaşıb.
“Qara qartallar” çətin qələbə qazanıblar. 3:2 hesabı ilə qalib gələn “Beşiktaş” həlledici topu
90+7-ci dəqiqədə vurub. İngilis Uorroll qələbə qolunun müəllifi olub.
Xalını 54-ə çatdıran “ağ-qaralar” 4-cü pilləyə yüksəliblər.
Türkiyə Superliqası
35-ci tur
“Ankaragücü” – “Alanyaspor” – 1:1
“Beşiktaş” – “Rizəspor” – 3:2
İdman.biz