"Neftçi" qışda icarəyə yolladığı futbolçularını geri qaytaracaq.
Bizim.Media xəbər verir ki, söhbət Fərid Yusifli ilə İsmayıl Zülfüqarlıdan gedir.
Belə ki, “ağ-qaralar” hər ikisi futbolçusunu “Turan Tovuz”a icarəyə göndərmişdi. Amma adlarıçəkilən futbolçular “Neftçi”yə qaytarılacaq.
Yeni mövsümün hazırlıqlarını məhz paytaxt klubunda keçəcək oyunçuların yeni mövsümə “Neftçi”də başlayıb-başlamayacağı çempionatın startına az qalmış dəqiqləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta