AZ

Basketbol: “Sərhədçi” ümumi hesabı bərabərləşdirdi

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/2024 mövsümünün növbəti pley-off oyunu keçirilib.

Arena.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsi çərçivəsində “Sərhədçi” və “Xəzri” komandaları arasında seriyanın ikinci oyunu baş tutub.

Qarşılaşma çox maraqlı alınıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş “Sərhədçi” 71:64 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Sərhədçi” seriyada ümumi hesabı bərabərləşdirib – 1:1.

Qalib komandanın ən məhsuldar basketbolçusu Kaleb Hanter olub – 27 xal, 7 ribaund. “Xəzri”də isə Ceremi Maklaflin fərqlənib – 17 xal, 7 ribaund.

Qeyd edək ki, reqlamentə əsasən, bu komandalar arasında daha bir qarşılaşma baş tutacaq. Seriyanın 3-cü oyunu mayın 5-də keçiriləcək. Eyni məkanda baş tutacaq oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, yarışın qaydalarına uyğun olaraq, ardıcıl 2 qələbə qazanan kollektiv növbəti mərhələyə vəsiqə qazanır.

Daha öncə “Xırdalan” “Neftçi” ilə hər iki oyundan qalib ayrılmaqla yarımfinala adlayıb.

Seçilən
66
50
arena.az

10Mənbələr