AZ

Azərbaycanda işçi şirkət rəhbərini məhkəməyə verdi - Bu sözə görə...

Azərbaycanda iş adamı “boş-bikar” ifadəsinə görə məhkəməyə verilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə bir iddia ilə Nuridə Məmmədova (ad-soyad şərtidir) adlı vətəndaş Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Belə ki, o, 2023-cü ildə 15 nəfərə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 min manat tələb edib. Cavabdehlərdən Nazim Qurbanov (ad-soyad şərtidir) məhkəmədə “İddiaçı boş-bikar adamdır. Biz iş adamıyıq” deməsi Nuridə Məmmədovanın onun barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi yazması ilə nəticələnib. O, iş adamının Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş edib.

Məmmədova iddiasını onunla əsaslandırıb ki, o, üç ali təhsilə sahibdir, bir sıra dövlət və özəl qurumlarda çalışıb və bu səbəbdən ona “boş-bikar adamdır” deyilməsini özünə təhqir kimi qəbul edib.

Təqsirləndirilən şəxs (mülki cavadeh) Nazim Qurbanov isə məhkəmədə ifadəsində Nuridə Məmmədova təhqir etmədiyini bildirib:

“Məhkəmədə hakimlə iki dəqiqəlik dialoqda “xanımın ola bilsin ki, zamanı var, boş zamanı çoxdur, ola bilsin boş-bikardır və dayanmadan polisə, məhkəmə orqanlarına şikayətlər yağdırır” demişəm. İşimlə bağlı səfərdə oluram, gələ bilmirəm, işim xüsusi təyinatlı sahədir, vaxtım olmur. Əgər “boş-bikar” sözü Azərbaycan dilinin leksikonunda təhqir ifadəsi olaraq hesab olunsa belə, həmin sözü təhqir kimi qəbul etmirəm. Məsələn, həkim “həftənin üçüncü günü boş-bikarsansa, gəl analizlərini ver” deyirsə, onda həkim məni təhqir edir? Mən bu sözü ailədə də istifadə edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23741
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13228
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10570
Helikopter qəzası ilə bağlı yeni xəbər
5895
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5697
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5529
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4497
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4327
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3840
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3710
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3550
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3466
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2817
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2763
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2535