AZ

Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamaq istədiyini bildirib.

 

Oxu24.com   xəbər verir ki, bu, Ərdoğana səfər edən müxalifət lideri Özgür Özellə görüşdən sonra baş verib.

 

“Cənab Özələ dedim ki, ilk fürsətdə cavab səfəri edəcəyəm. Mən ilk fürsətdə bu səfərlə Türkiyədə siyasətin yumşaldılması prosesinə başlamaq istərdim”, - deyə Ərdoğan bildirib.

 

Ölkə liderinin sözlərinə görə, “Türkiyənin buna ehtiyacı var”.

 

Ərdoğan dünən uzun müddətdən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özəllə qapalı görüş keçirib. Türkiyə prezidentinin sözlərinə görə, ölkə siyasəti “daha ​​yumşaq dövrə daxil olub”.

 

Ərdoğan bundan əvvəl Avropa demokratiyalarında neonasist hərəkatlarının olmasını biabırçılıq adlandırmışdı. Türkiyə lideri qeyd edib ki, bəzi Aİ ölkələrində ifrat sağçı hərəkatlar dövlət tərəfindən qorunur. Ərdoğan qeyd edib ki, istənilən avropalı siyasətçi küncə sıxışdırıldıqda ilk növbədə söz azadlığı bayrağı altında Türkiyəyə hücum etmək barədə düşünməyə başlayır.

 

Afət

 

Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla