AZ

Meksikada universitet tələbələri həmrəylik düşərgəsi qurublar - Qəzzaya görə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Meksika Milli Muxtar Universitetinin müxtəlif fakültələrinin tələbələri Qəzzaya həmrəylik düşərgəsi yaradıblar.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, paytaxt Mexikoda Meksika Milli Muxtar Universitetinin (UNAM) rektorluğu qarşısında Qəzza ilə həmrəylik düşərgəsi quran tələbələr, İsrailin Qəzzaya hücumlarına etiraz edərək, Meksika hökumətindən İsraillə diplomatik əlaqələrin kəsilməsini istəyiblər.

ABŞ-da davam edən etirazlara da dəstək verən tələbələr Kanada və İngiltərənin İsrail siyasətini pisləyiblər.

Meksika hökuməti İsraillə diplomatik əlaqələri kəsənə qədər etirazlarını davam etdirəcəklərini bildirən tələbələr düşərgəyə Fələstin bayraqları sancıblar.

QAZİLER.AZ

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla