AZ

Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu "Real Madrid"in cinah oyunçusu Vinisius Junior seçilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə turnirin rəsmi sosial şəbəkəsində bildirilib.

"Bayern" ilə Çempionlar Liqasının ilk yarımfinal matçında (2:2) hücumçu dubla imza atıb.

Braziliyalı futbolçu bu mükafat uğrunda Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Mats Hummelslə mübarizə aparıb.

Xatırladaq ki, hazırkı Çempionlar Liqasında Vinisius səkkiz matçda iştirak edib. Bu qarşılaşmalarad beş qol vurub və beş məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla