Olaylar.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilən sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının səlahiyyətli nümayəndələri çıxış edərək, sözügedən məsələlərlə bağlı hadisələrin təfərrüatlarının insan hüquqları və jurnalist etikasından irəli gələn tələblər çərçivəsində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb, zərərçəkmiş şəxslərin mənafelərinin üstün tutulmasının vacibliyinə diqqət çəkiblər.
Qeyd edək ki, panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.