Bank sektoru üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, vətəndaşlar qızıl-zinət əşyalarını banklarda seyflərə qoya bilərlər:
“Həmin seyfləri icarəyə götürə bilərlər. Bu, kifayət qədər təhlükəsizdir. İndiyə kimi Azərbaycanda heç bir bankdan seyf barəsində şikayət eşitməmişəm. Bank bağlansa belə bunun seyfə aidiyyəti yoxdur. Seyfdə olan pul, qızıl banka qoyulmuş hesab olunmur. Sadəcə icarəyə götürülür. Yaxşı olardı ki, vətəndaşlar qızıl-zinət əşyalarını bu seyflərdə saxlasınlar. Əlbəttə, söhbət yüksək dəyərdə olan qızıl-zinət əşyalarından gedir”.
Törə Zeynallı
Demokrat.az