AZ

Finlandiyada NATO-nun Rusiyadan qorxmasından danışdılar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

NATO ölkələrinin liderləri Rusiyanın alyans ölkələrinə ehtimal edilən hücumundan qorxurlar, lakin yaxın illərdə belə bir ssenarinin baş vermə ehtimalı yüksək deyil.

 

Oxu24.com   xəbər verir ki, bunu Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Janne Yaakkola deyib.

 

“ABŞ, Almaniya və Danimarka liderləri Rusiyanın uzunmüddətli planlarına NATO-ya hücumun daxil ola biləcəyindən narahat olduqlarını bildiriblər”, - deyə general bildirib.

 

Jaakkola həmçinin əlavə edib ki, Moskva hazırda alyansa hücum ehtimalını nəzərdən keçirmək üçün Ukraynadakı münaqişə ilə “çox məşğuldur”.

 

Bundan əvvəl NATO Rusiyanı Çexiya, Polşa və Almaniyada zərərli hibrid fəaliyyətdə ittiham edirdi. Bəyanatda bildirilir ki, Moskva guya hərbi bloka üzv ölkələrin ərazisinə dezinformasiya kampaniyaları və kiberhücumlar həyata keçirib. Lakin təşkilat heç bir sübut təqdim etməyib.

 

Nigar

 

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla