AZ

Avtomat sürət qutusu: Kim düzgün istifadə edir?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Azərbaycanda istismar olunan nəqliyyat vasitələrinin əksəriyyəti avtomat sürət qutusu ilə təchiz edilib. Avtomobil sahibləri bu ötürməni rahatlığına görə seçir. Bəs bu avadanlıqdan hamı düzgün istifadə edə bilirmi?


Müşahidələrimiz müsbət cavaba imkan vermir. Qışda yollar azacıq buz bağlayanda Bakıda aləm bir-birinə dəyir. Hətta bir çox sürücüdə belə bir yanlış inam formalaşıb ki, avtomat ötürücülü avtomobil buzda sürüşür, isti havada yoxuşda isə qızır. Sanki avtomobil istehsalçıları iqlim şəraitini nəzərə almırlar. Bər reallıq necədir?


Əslində hər 2 iddia əsassız və qeyri-elmidir. Sürüşmək məsələsinə gəlincə: buzun üstündə ehtiyatsız sürüş zamanı tırtıllı texnika da yoldan çıxa bilər. Lakin peşəkar sürücü üçün buz ciddi problem deyil. Sadəcə olaraq hərəkətə D rejimində deyil, 2-ci sabit ötürmədə, kəskin qaz vermədən başlamaq və davam etmək lazımdır. Ötürmə dəyişmədiyi təqdirdə sürüşmə də olmayacaq. 


Yayda qızdırmaq məsələsinə gəldikdə də, əksər hallarda sürücü təqsirkardır. Yoxuş qalxarkən avtomat ötürücüdə D rejimi deyil, aşağı ötürmə seçilməlidir ki, mühərrik böyük dövrdə işləyə bilsin. Bu zaman temperatur da kəskin artmayacaq. 
Bundan başqa, çox soyuq havada və kəskin tıxacda da sürət qutusunu qorumaq üçün hərəkətə D rejimində deyil, ikinci ötürmədə başlamaq tövsiyə olunur.

 

Vüqar

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla